AZ

Əcnəbi sərnişinin baqajında “SUVENİR”: 30 kq maral buynuzu MÜSADİRƏ EDİLDİ – VİDEO

Vnukovoda əcnəbinin baqajından nəcib maral buynuzları və kəllələri tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti (FGX) məlumat yayıb.

Moskvanın Vnukovo hava limanında gömrükçülər əcnəbi vətəndaşın baqajında qeyri-adi yük aşkarlayıblar.

Yoxlama zamanı ümumi çəkisi təxminən 30 kq olan nəcib maral buynuzları və kəllələri tapılıb.

Sərnişin bu əşyaları tanışından suvenir hazırlamaq məqsədilə aldığını bildirib.

O, sözügedən qiymətli yüklərin gömrük bəyannaməsindən keçirilməli olduğundan xəbərsiz olduğunu iddia edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr