AZ

İsrail KİV: Casusluqda ittiham olunan qadın Hayfa neft emalı zavodunun görüntülərini İrana göndərib

İsrail vətəndaşı İrana casusluq etməkdə ittiham olunaraq saxlanılıb.

“The Times of Israel”in xəbərinə görə, İsrailin şimalındakı Nazaret bölgəsindən olan bir qadın həssas obyektlərin, o cümlədən Hayfa neft emalı zavodunun görüntülərini İrana ötürüb.

Bildirilib ki, həmin şəxs mart ayında saxlanılıb. O, ötən ilin oktyabrından bəri kriptovalyuta qarşılığında İran kəşfiyyatına məlumat göndərməklə məşğul olub.

Şomua Abu Abed əhəmiyyətli obyektlərdən əlavə, İsrailin sabiq təhlükəsizlik rəsmisi haqqında məlumatı da İran kəşfiyyatı ilə bölüşüb.

“The Times of Israel” son iki il ərzində İsraildə 50-dən çox insanın İran üçün casusluq ittihamı ilə həbs olunduğunu yazır.

Seçilən
16
4
herbiand.az

5Mənbələr