AZ

Ölkənin raket ehtiyatlarında ciddi çatışmazlıq yaranıb -Zelenski

Ukrayna Prezidenti Voloimir Zelenski  ölkənin “Patriot” zenit-raket kompleksləri üçün raket ehtiyatlarında ciddi çatışmazlıq yaşadığını bildirib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə “Die Welt”ə müsahibəsində danışıb.

Zelenski qeyd edib ki, müharibə davam etdikcə Ukraynanın silah ehtiyatları azalır və vəziyyət kritik həddə çatıb. Onun sözlərinə görə, hazırkı mərhələdə raket qıtlığı o qədər kəskindir ki, vəziyyətin daha da pisləşməsi mümkün deyil.

Ukrayna prezidenti əlavə edib ki, uzunmüddətli müharibə ölkənin hərbi imkanlarına ciddi təzyiq göstərir və silah təminatı məsələsi getdikcə daha çətin hala gəlir.

Aytəkin TOFİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr