AZ

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağda filialı açılıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağda filialı açılıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Qarabağ filialının Xankəndi şəhərində yerləşən “Xankəndi” Biznes Mərkəzində rəsmi açılış mərasimi keçirilib.

AFN.az xəbər verir ki, tədbirdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Xüsusi nümayəndəliyin və EMTA-nın Qarabağ filialının əməkdaşları iştirak ediblər.

Açılış mərasimində Samir Axundov bildirib ki, Xankəndidə Qarabağ filialının açılması həm tarixi, həm də strateji hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində Qarabağa qayıdış dövlət siyasətinin əsas prioritetinə çevrilib.

Səbuhi Qəhrəmanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində dövlət qurumlarının bölgədə fəaliyyətinin bərpası vətəndaşların yaşayışının təmin olunması üçün mühüm addımdır.

Məlumata görə, Qarabağ filialının fəaliyyət ərazisinə Şuşa və Xankəndi şəhərləri, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxildir. Filialın Xankəndidə yerləşməsi həm sakinlər, həm də bölgədə fəaliyyət göstərən müəssisələr üçün xidmətləri daha əlçatan edəcək.

Xatırladaq ki, EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Hazırda Agentliyin ölkə üzrə ümumilikdə 11 filialı fəaliyyət göstərir.

Seçilən
24
2
afn.az

3Mənbələr