AZ

Yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 630 milyon manat olub

2026-cı ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 630 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 312,2 milyon manat olub.

Seçilən
8
8
azerbaijan-news.az

10Mənbələr