AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb  

Aprelin 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib. Ümumi çəkisi 53,3 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Eyni zamanda, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 2 tapança, 2 qumbara, 9 tüfəng, 26 patron darağı və 1593 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Seçilən
0
17
azerbaijan-news.az

10Mənbələr