AZ

"Heç vaxt kişi üçün göz yaşı tökməmişəm"

Müğənni Ayan Babakişiyeva efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi çıxışında yaradıcı insanların daha həssas olduğunu vurğulayıb.

İfaçı bildirib ki, bəzən ən adi bir detal belə onda köhnə xatirələri canlandırır və bu hisslərin təsirindən uzun müddət çıxa bilmir.
 

A.Babakişiyeva son zamanlar televiziya verilişlərində tez-tez kövrəlməsinin də səbəbini açıqlayıb. Müğənni qeyd edib ki, bu hal heç də şəxsi həyatında ciddi problemin olması ilə bağlı deyil. Onun sözlərinə görə, ifa etdiyi mahnılar və yaşadığı duyğular onu duyğulandırır:


"Efirdə kövrəlməyim o demək deyil ki, böyük problemim var. Bəzən oxuduğum mahnının təsirindən, övladımı düşündüyüm üçün çox vaxt göz yaşlarımı saxlaya bilmirəm".

Babakişiyeva həmçinin əlavə edib ki, heç vaxt sevgi münasibətlərinə görə ağlamayıb və bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (Milli.az)

Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr