AZ

KİV: Finlandiya problemli hərbi formalar alıb

Finlandiya 65 milyon avro dəyərində hərbi formalar almağı öhdəsinə götürüb. Lakin bu formalar tez bir zamanda köhnəlir - cırılır, deşiklər yaranır və solur.

Herbiand.az bildirir ki, bu barədə Helsingin Sanomat nəşri məlumat verib.

Yeni formalarla bağlı problemlər qısa müddət istifadədən sonra aşkar edilib. Xüsusilə, onlar ötən ilin əvvəlində formaların xidmətə təqdim edildiyi Norveçdə qeydə alınıb.

2025-ci ilin sentyabr ayında Forsvarets forum sənaye jurnalı hər dəsti təxminən 15.000 kron olan Norveç hərbi formalarının tez bir zamanda köhnəlməyə meylli olduğunu bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr