ABŞ-nin Hörmüz boğazını blokadaya alması Amerika qoşunları arasında itkilərin artmasına səbəb ola bilər.
“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, bildirilir ki, belə bir blokadanın tətbiqi üçün ABŞ-dən ciddi hərbi resursların ayrılması tələb olunur.
Bu isə ordunu əlavə risk altına salır. Qeyd olunur ki, ABŞ indiyədək əməliyyatlarının böyük hissəsini əsasən hava hücumları vasitəsilə həyata keçirib.
Ekspertlər hesab edir ki, İranın ABŞ gəmilərinə qarşı dronlar və sürətli qayıqlarla hücum edəcəyini bəyan etməsi fonunda, Amerika ordusu üçün itki riski daha da artır.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı bildirilir. Tehran da daxil olmaqla, bir sıra iri şəhərlər hücumlara məruz qalıb.
İranın elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib.
Bundan əlavə, İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarı verdiyini açıqlayıb.
Aprelin 11-də İran və ABŞ arasında İslamabadda bir neçə raund danışıqlar keçirilib. Lakin tərəflər sonradan bəyan ediblər ki, mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.
Qeyd edək ki, məlumata görə, ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadası tətbiq edib.