AZ

Yük qatarı aşdı: Ətraf boşaldıldı

ABŞ-nin Nyu-Cersi ştatında yük qatarının vaqonları relsdən çıxaraq aşıb. Bölgədə kimyəvi sızma həyəcanı verilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı Nort Bergen şəhərində baş verən qatar qəzasında yük qatarının 13 vaqonu relsdən çıxıb.

Tonnelle bulvarı yaxınlığında baş verən hadisədə vaqonların ən azı birindən kimyəvi maddə sızması nəticəsində bölgəyə təhlükəli maddələr üzrə mütəxəssis qruplar cəlb edilib.

Qəza səbəbindən "Route 3" magistral yolu və ətraf yollar hərəkət üçün bağlanıb.

Rəsmilər sızmanı nəzarət altına almaq üçün işlərə başlayıblar.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr