AZ

Ağdamda dövlət-din münasibətlərində hüquqi mexanizmlər mövzusunda regional konfrans keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdam rayonu Quzanlı qəsəbəsində "Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusunda regional konfrans keçirilir.

"Far.Az"un Qarabağ bürosu xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edir.

Konfransın məqsədi mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri, habelə hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və profilaktik tədbirlərin müzakirəsindən ibarətdir. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində "Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri" və "Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi" mövzular üzrə panellər də təşkil olunacaq.

Seçilən
1
4
far.az

5Mənbələr