AZ

Avtobus zolağındakı çala Qəza riski yaradır Foto

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İntensiv yağışlardan sonra Bakının bir sıra küçə və prospektlərində çoxsaylı problemlər yaranıb.

“Qafqazinfo” xəbər verir ki, asfalt örtüyünün zədələndiyi və böyük çuxurun yarandığı küçələrdən biri də Xətai rayonu Məhəmməd Hadi küçəsidir.

Belə ki, yolun hərəkət hissəsinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağında 1 metr diametrli çala formalaşıb. Suyun bura dolması ilə çala daha da genişlənib və təhlükəli vəziyyət yaradıb. Nəticədə avtobuslar bu çalaya düşməmək üçün zolaqdan çıxmalı olur ki, bu da öz zolaqları ilə hərəkət edən digər avtomobillərə risk yaradırlar.

Ərazidəki vəziyyət nəqliyyat sıxlığının yaranmasına və hərəkət axınının pozulmasına gətirib çıxarır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
qafqazinfo.az

2Mənbələr