Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kolumbiya hökuməti, narkobaron Pablo Eskobarın mirası olaraq ölkə daxilində yayılmış və sayı 200-ə yaxınlaşan begemot populyasiyasına qarşı radikal bir addım atıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları, populyasiyanı nəzarətdə saxlamaq üçün 80-ə qədər heyvanın ovlanacağını açıqlayıb.
Mütəxəssislər "kokain begemotu" adlandırılan bu populyasiyanın yerli fauna və floraya ciddi ziyan vurduğunu bildirirlər. Kənd təsərrüfatı sahələrinə və su mənbələrinə zərər verən begemotular insanlar üçün də təhlükə yaradır. Hakimiyyət orqanları vurğulayır ki, bu vəziyyət Kolumbiyada artan ekoloji böhrana çevrilir.

Lakin qərar heyvan hüquqları müdafiəçilərinin tənqidinə səbəb olub.
Qeyd olunur ki, Pablo Eskobar 1993-cü ildə sözügedən heyvanları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib. Onun ölümündən sonra heyvanlar təbiətə buraxılıb. Hazırda bu heyvanlar sürətlə çoxalmış və hazırda Maqdalena çayı hövzəsində geniş yayılmışdır.
Gülayə Mecid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.