16-19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb.
Offsideplus.az xəbər verir ki, yarışda ölkəmiz 11 çəki dərəcəsi üzrə 15 idmançı (9 kişi, 6 qadın) ilə mübarizə aparacaq.
İlkin siyahıda olan Ruslan Paşayevin (-66 kq) zədələnməsi səbəbindən, onu Turan Bayramov əvəz edib.
Komandaya Riçard Trautman və Amina Abdellatifin rəhbərliyi altında geniş məşqçi korpusu rəhbərlik edəcək. Həmçinin, beynəlxalq dərəcəli hakim Nazim Umbayev turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
46 ölkədən 404 cüdoçunun iştirak edəcəyi turnirdə ümumilikdə 14 dəst medal oynanılacaq.
Tam heyət belədir:
Kişilər: Balabəy Ağayev, Əhməd Yusifov (-60 kq), Turan Bayramov (-66 kq), Hidayət Heydərov (-73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq), Kənan Nəsibov (+100 kq).
Qadınlar: Könül Əliyeva, Şəfəq Həmidova (-48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (-52 kq), Südabə Ağayeva (-70 kq), Madina Kaisinova (+78 kq).