AZ

“Sabah”ın məhsuldarlığı necədir?

“Sabah” Premyer Liqada 350-ci qolunu vurub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, “Zirə” ilə evdəki qarşılaşmaya təsadüf edib.

Azərbaycan Premyer Liqasının XXVII turunun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunu vurub.

“Sabah” 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.

Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vuran 13-cü komanda olub.

“Sabah”ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. “Keşlə” (indiki “Şamaxı”) ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb – 1:0.

Seçilən
3
50
sportinfo.az

10Mənbələr