AZ

Özbək şahmatçı dünya çempionluğunun bir addımlığında

Olke.az saytına istinadən ain.az xəbər verir.

Özbəkistanlı qrossmeyster Cavohir Sindarov Kiprdə keçirilən şahmat üzrə İddiaçılar turnirinin vaxtından əvvəl qalibi olub.

"Ölkə.az" xəbər verir ki, C.Sindarov 13-cü turda qara fiqurlarla niderlandlı Aniş Giri ilə heç-heçə oynayıb. Partiya 58-ci gedişdən sonra başa çatıb.

Beləliklə, turnirin sonuna bir tur qalmış C.Sindarov 9.5 xal toplayaraq özü üçün birinci yeri təmin edib. İkinci yerdə qərarlaşan A.Girinin aktivində 7.5 xal var.

Bu nəticə ilə özbək şahmatçı hazırkı dünya çempionu, hindistanlı Qukeş Dommaracuya qarşı şahmat tacı uğrunda matçda oynamaq hüququ qazanıb. Sindarov İddiaçılar turnirindəki qələbəyə görə 70 000 avro alacaq.

Qeyd edək ki, C.Sindarovun 20 yaşı var. O, ötən il Dünya Kubokunun qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
olke.az

1Mənbələr