AZ

Britaniya Müdafiə Nazirliyinə bu il 3,5 mlrd funt sterlinq qənaət etmək tapşırılıb

Böyük Britaniya Nazirlər Kabineti Müdafiə Nazirliyinə bu il xərcləri 3,5 milyard funt sterlinq azaltmağı tapşırıb.

"Far.Az"un məlumatına görə, bu barədə "Sky News" mənbələrə istinadən xəbər verib.

Məlumata görə, büdcə kəsiri mövcud resursların hətta rəsmi olaraq təsdiqlənmiş hərbi proqramı həyata keçirmək üçün belə kifayət etməməsi ilə bağlıdır.

Müdafiə Nazirliyi yeni silah sistemlərinə və hərbi texnikaya investisiya qoyuluşu üçün uzunmüddətli on illik planın bir hissəsi olaraq əlavə maliyyələşdirmə almağa ümid edirdi, lakin hökumət hələ də bu investisiya proqramını təsdiqləməyib. Maliyyə Nazirliyi büdcə xərclərini optimallaşdırmaq üçün əlavə yollar tapmaq üçün hərbi rəhbərliyə ciddi təzyiq göstərir.

Telekanalın mənbələri bildirib ki, bu həftə Silahlı Qüvvələrin rəhbərliyi mövcud maliyyələşdirmə vəziyyətini müzakirə etmək üçün görüşəcək.

Seçilən
4
50
far.az

10Mənbələr