AZ

Zelenskidən xəbərdarlıq: Ukraynaya yeni zərbələr endirilə bilər

Ukrayna prezidenti Volodimir Zelenski aprelin 14-dən 15-nə keçən gecə Rusiyanın ölkə ərazisinə yeni zərbələr endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, dövlət başçısının bu bəyanatını "UNİAN" agentliyi "Telegram" kanalı vasitəsilə yayıb.

Zelenski Ukrayna səmasında çox sayda "Şahed" pilotsuz uçuş aparatının olduğunu bildirib:

"Rusiyanın növbəti zərbələri baş verə bilər".

O, həmçinin hücum zamanı raketlərdən də istifadə oluna biləcəyini istisna etməyib.

Vəziyyətin gərginliyi ilə əlaqədar əhaliyə ehtiyatlı olmaq çağırışı edilib.

Musavat.com

Seçilən
1
6
musavat.com

7Mənbələr