AZ

Xəzərdə Neft Daşlarının yaxınlığında balıqçı batıb, əraziyə helikopter cəlb edilib -VİDEO

Neft Daşlarının yaxınlığında balıqçı batıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

 

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

 

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

 



Seçilən
8
50
senzor.az

10Mənbələr