AZ

Bakı metrosunda "BakıKart" terminalları yığışdırılır? – RƏSMİ AÇIQLAMA

Bakı Metropolitenində ödəniş sistemlərindəki yeniliklər fonunda sərnişinləri maraqlandıran ən mühüm suallardan birinə aydınlıq gətirilib: "

BakıKart" terminalları ləğv ediləcəkmi?

Son dövrlərdə metro stansiyalarında bank kartları və QR kodla ödəniş imkanlarının genişləndirilməsi sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb. Hazırda metroda keçidlərin təxminən 50%-i məhz bu yeni üsullarla həyata keçirilir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə(QSC) sorğu ünvanladıq.

Sorğumuza “Bakı Metropoliteni” QSC-dan verilən məlumata görə, "BakıKart" terminallarının metrodan yığışdırılması və ya sayının azaldılması hazırkı mərhələdə məqsədəuyğun hesab edilmir. Bunun bir neçə ciddi səbəbi var:

"BakıKart" təkcə metroda deyil, həm də avtobuslarda vahid ödəniş vasitəsidir. Bu kartların ləğvi sərnişinlərin nəqliyyat növləri arası keçidində (multimodal nəqliyyat) ciddi problemlər yarada bilər.

Bəzi stansiyalarda alternativ ödəniş üsullarının tam tətbiqi üçün lazımi texniki baza hələ tam formalaşmayıb.

Terminalların yığışdırılması nağd ödənişə üstünlük verən və ya smartfon istifadə etməyən sərnişinlər üçün süni maneələr yarada bilər.

Seçilən
14
34
sportinfo.az

10Mənbələr