AZ

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq:

İsmayıllı rayonunda naməlum şəxslər müştəri qismində mindikləri taksinin sürücüsünə əvvəlcə xəsarət yetiriblər, sonra isə nəqliyyat vasitəsini ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubovun Bakı ərazisində gizləndikləri yer polis əməkdaşları tərəfindən müəyyən edilib və onlar saxlanılıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
3
24
senzor.az

10Mənbələr