Avropa Şurasının sədri Antonio Kosta ABŞ-nin Hörmüz boğazını blokadaya almasını tənqid edib.
“Hakimiyyet.az ” xəbər verir ki, o bu haqda CNN telekanalına müsahibəsində bildirib.
“Blokada heç vaxt cavab ola bilməz”, - o vurğulayıb.
Kosta xüsusi koalisiyanın yaradılması kimi Hörmüz boğazında naviqasiyanın təmin edilməsinə yönəlmiş təşəbbüslər üçün BMT Təhlükəsizlik Şurasının təsdiqindən yayınmağın mümkün olduğunu düşünür.