II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan"ın yarımmüdafiəçisi Emil Quluzadə mükafatlandırılıb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifi 22-ci turun "Qaradağ Lökbatan" - "Quba" qarşılaşmasından əvvəl təltif olunub.
Ona mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.