İtaliya millisi üçün baş məşqçi axtarışları davam edir. Cennaro Qattuzonun ayrılmasından sonra yeni namizəd gündəmə gəlib.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, hazırda “Milan”ı çalışdıran Massimiliano Alleqri İtaliya millisinin sükanı arxasına keçə bilər. Onun namizədliyini Covanni Malaqo dəstəkləyir.
Malaqo İtaliya Futbol Federasiyasının prezidenti postuna əsas namizədlərdən biridir və o, Alleqrini bu vəzifə üçün ideal seçim hesab edir.
İtaliya millisi DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında (1:1, 1:4) məğlub olaraq, ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək DÇ-2026 ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.