AZ

ABŞ mediasında İranlı nümayəndələrin öldürülməsinə çağırış edildi

ABŞ və İran arasında danışıqlar davam edərkən yeni qalmaqallı iddia ortaya çıxıb.

Musavat.com xəbər verir ki, İran tərəfi ABŞ mediasında iranlı nümayəndələrin öldürülməsi ilə bağlı çağırışların səsləndirildiyini bildirir.

Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu məsələni gündəmə gətirib. O, bildirib ki, ABŞ-də bəzi media və siyasi dairələr danışıqlar uğursuz olacağı təqdirdə İrana qarşı daha sərt addımlar atılmasını istəyir.

İran rəsmisinin sözlərinə görə, bu çağırışlar təkcə təzyiq və hərbi tədbirlərlə məhdudlaşmır, hətta iranlı nümayəndələrin öldürülməsi kimi təhlükəli fikirlər də səsləndirilir. Bəqai bunu danışıqlar fonunda narahatedici ritorika kimi qiymətləndirib.

 

Musavat.com

photo_2026-04-14_23-17-04.jpg

Seçilən
31
musavat.com

1Mənbələr