AZ

Mövcud olmayan rayon şurasının qərarı: Çernobılda 200 hektar torpaq qanunsuz olaraq NECƏ ƏLƏ KEÇİRİLİB?

Çernobıl zonasında 5 ildən çox qanunsuz olaraq buğda və qarğıdalı yetişdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Çernobıl zonasında qanunsuz olaraq kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olunduğu aşkar edilib. Belə ki, burada 5 ildən artıq bir müddət ərzində buğda və qarğıdalı yetişdirilib.

Məlumata görə, təxminən 200 hektar torpaq sahəsi qanunsuz olaraq mülkiyyətə verilib. Bundan sonra isə həmin ərazidən istifadə hüququ bir özəl şirkətin adına rəsmiləşdirilib. Bütün bu qanunsuz əməliyyatların ümumiyyətlə mövcud olmayan bir rayon şurasının qərarı ilə həyata keçirildiyi məlum olub.

Radiasiya zonası hesab edilən bu ərazidə yetişdirilən kənd təsərrüfatı məhsullarının hansı bazarlara çıxarıldığı və harada satıldığı isə hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
2
interpress.az

3Mənbələr