Qazaxıstanın Baş naziri Oljas Bektenov hökumətin iclasında bildirib ki, bu gün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ən dinamik inkişaf edən dəhlizlərdən biridir.
AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hökumət başçısı vurğulayıb: “Aktau və Kurık limanlarında infrastrukturun modernləşdirilməsini sürətləndirmək lazımdır.
Baş nazir, həmçinin dəmir yolu şəbəkəsinin tutumunu sistematik şəkildə artırmağın, habelə təsdiq edilmiş layihələrin tikintisini və modernləşdirilməsini bu ilin sonuna qədər başa çatdırmağın zəruriliyini vurğulayıb.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələri ilə birləşdirir.