AZ

Məşhur aktyor həyat yoldaşına onunla xəyanət edir - İddia

Son dövrlərdə uğurlu layihələri ilə adından söz etdirən Selahattin Paşalı bu dəfə şəxsi həyatı ilə gündəmdədir.

Musavat.com xəbər verir ki, aktyorun həyat yoldaşı Lara Paşalı ilə boşanacağına dair iddialar maqazin kulislərində sürətlə yayılarkən, ortaya atılan yeni detallar hadisənin istiqamətini tamamilə dəyişib. Selahattin Paşalı ilə Lara Paşalının evliliyində böhran yaşandığı və cütlüyün boşanma mərhələsinə çatdığı iddiaları gündəmə bomba kimi düşüb. Hələlik tərəflərdən rəsmi açıqlama verilməsə də, bu söz-söhbətlər qısa müddətdə sosial mediada geniş yayılıb.

Boşanma iddialarından sonra diqqət əvvəlcə Paşalının “Məsumiyyət Müzeyi” layihəsindəki rol yoldaşı Lize Kandemir üzərinə yönəlib.

Jurnalist Akif Yamanın xüsusi xəbərinə görə isə, Selahattin Paşalının “Kıskanmak” layihəsindəki rol yoldaşı Hafsanur Sancaktutan ilə həyat yoldaşına xəyanət etdiyi iddia olunur. Bu iddia qısa zamanda maqazin gündəmini silkələyib və sosial mediada böyük rezonans doğurub. Bütün bu söz-söhbətlərdən sonra diqqət çəkən başqa bir hadisə də baş verib. Hafsanur Sancaktutanın keçmiş sevgilisi Kubilay Akanı hərbi xidmətdə ziyarət etməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bu ziyarətin zamanlaması isə bəzi istifadəçilər tərəfindən “gündəm dəyişdirmə addımı” kimi qiymətləndirilib.

 Könül

Musavat.com 

Seçilən
23
4
musavat.com

5Mənbələr