Paytaxt Bakıda hava şəraiti qəfil dəyişib. Şəhərin bir neçə istiqamətində şiddətli yağışla bərabər, dolu müşahidə olunur.
NOCOMMENT.az xəbər verir ki, hazırda bəzi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.
Sakinlərin verdiyi məlumata görə, dolu xüsusilə paytaxtın bəzi mərkəzi və ətraf qəsəbələrində qeydə alınıb.
Güclü yağıntı səbəbindən yollarda hərəkətin çətinləşdiyi və bəzi küçələrdə su yığınlarının yarandığı bildirilir.
Görüntüləri təqdim edirik.
Töğrul