Kazanda barıt zavodunda partlayış baş verib
Publika.az xəbər verir k, bu barədə “Kazan First” “Telegram” kanalı məlumat yayıb.
“Partlayış bu axşam Kirov rayonundakı müəssisələrdən birində baş verib. Hadisə nəticəsində üç nəfər xəsarət alıb” - məlumatda deyilir.
Bilirilib ki, yaralılara lazımi köməklik göstərilir. Hadisə yerinə bütün operativ xidmətlər cəlb olunub, insanlar üçün təhlükə yoxdur.
Hakimiyyət orqanlarının verdiyi məlumata görə, müəssisədə texnoloji proses dayandırılmayıb.