AZ

Hakanın menecerindən “Qalatasaray” cavabı: “Heç bir görüş olmayıb!”

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

​”İnter”in ulduz futbolçusu Hakan Çalhanoğlunun meneceri Qordon Stipic son günlər yayılan transfer şayiələrinə son qoyub.

Futbolpress.az xəbər verir ki, o, türkiyəli yarımmüdafiəçinin gələcəyi ilə bağlı faktları rəsmən açıqlayıb.

Menecer bildirib ki, 32 yaşlı futbolçunun Milan təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi var və o, həm klubundan, həm də İtaliyadakı həyatından olduqca məmnundur

Transfer spekulyasiyalarına aydınlıq gətirən Stipic “cim-bom”la heç bir təmasın olmadığını vurğulayıb:

​”Gerçəklər çox sadədir: Nə keçən yay, nə də yanvar ayında ‘Qalatasaray’la hər hansı bir görüş keçirilməyib. Heç bir nöqtədə konkret təşəbbüs və ya tələb olmayıb”.

Hakanın hazırda yalnız uğura fokuslandığını deyən agent futbolçunun “İnter”lə A Seriyasının çempionluq mübarizəsinə və Türkiyə millisinin kapitanı kimi Dünya Çempionatına hazırlaşdığını qeyd edib.

Cari mövsümdə “İnter” forması ilə 28 rəsmi matça çıxan təcrübəli yarımmüdafiəçi 10 qol və 6 asistlə komandasının liderlərindən biri olduğunu bir daha sübut edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
futbolpress.az

1Mənbələr