AZ

Manatın məzənnəsi ilə bağlı xoş proqnoz İl sonuna qədər....

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Manatın məzənnəsinin sabit qalacağı ilə bağlı proqnozlar səslənsə də, dollarla pul köçürmələrinin artması valyuta bazarında müəyyən davranış dəyişiklikləri yaradır. Əsas sual isə ondan ibarətdir ki, bu tendensiya milli valyutaya olan etimada və ümumi maliyyə sisteminə necə təsir göstərə bilər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, manatla bağlı hələlik qısa müddətli dövrdə heç bir risk yoxdur. "Ümumiyyətlə, üç-altı ay ərzində və bu ilin sonuna qədər hər hansı ciddi risk və ya narahatlıq gözlənilmir. Yəni bu ilin sonuna qədər vəziyyətin stabil qalacağını demək mümkündür. Amma növbəti illə bağlı indidən nəsə demək doğru olmaz, ilin sonunda dəqiqləşdirmək olar. Hazırkı vəziyyətə görə isə bu ilin sonuna qədər hər hansı ciddi dəyişiklik gözlənilmir. Çünki enerji qiymətləri yüksək səviyyədədir və tədiyyə balansı da proqnozlara uyğun gedir. Yəni burada hər hansı bir təzyiq müşahidə olunmur. Təbii ki, manatın məzənnəsi əsasən inzibati qaydada tənzimlənir. Hazırda məzənnənin dəyişməsi üçün hər hansı məcburiyyət və ya iqtisadi zərurət yoxdur. Bazarın da bunu tənzimləməsi ilə bağlı real impuls görünmür və bu istiqamətdə hər hansı siyasi qərar barədə məlumat yoxdur. Mövcud şəraitə əsasən, ilin sonuna qədər manatın məzənnəsində hər hansı dəyişiklik olacağı gözlənilmir".Hazırda manatın məzənnəsinin inzibati qaydada tənzimləndiyini xatırladan iqtisadçı, dəyişiklik üçün hər hansı iqtisadi zərurətin olmadığını qeyd edib. Bazarın məzənnəyə təzyiq göstərməsi üçün real impulslar görünmür və bu istiqamətdə hər hansı siyasi qərarın verilməsi gözlənilmir. Mövcud iqtisadi şərait və cari maliyyə göstəriciləri ilin sonuna qədər milli valyutanın dəyərini qoruyacağını deməyə əsas verir.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr