ABŞ Dövlət Departamentində İsrail və Livan arasındakı münaqişənin nizamlanması üzrə danışıqlar başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Amerika nümayəndə heyətinin tərkibinə ABŞ-ın dövlət katibi Marko Rubio, ölkənin Beyrutdakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem daxil olub. İsrail və Livan nümayəndə heyətlərinə isə səfirlər Yehiel Leyter və Nada Hamade Moavad rəhbərlik ediblər.
Bir gün əvvəl "Hizbullah"ın siyasi şurası rəhbərinin müavini Mahmud Komati bildirib ki, qruplaşma Livan və İsrail arasındakı birbaşa danışıqlara qarşı çıxır.