AZ

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

“Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” Azərbaycanın “Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması” sahəsində yüksək nəticə əldə etdiyini təsdiqləyib. Dövlət Vergi Xidmətindən bildirilib ki, bu, ölkəmizin beynəlxalq səviyyədə müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastrukturuna sahib olduğunu göstərir.

Qiymətləndirmə zamanı SOC-un fəaliyyəti, daxili prosedurların beynəlxalq standartlara uyğunluğu və məlumatların 24/7 qorunması yüksək qiymətləndirilib. Azərbaycan 2013-cü ildən Qlobal Forumun üzvü olaraq beynəlxalq qiymətləndirmə prosesində iştirak edir.

Bu nəticə ölkədə vergi məqsədləri üçün etibarlı, təhlükəsiz və kiber toxunulmazlığa malik sistemin qurulduğunu təsdiqləyir. Azərbaycan bundan sonra da şəffaflıq və konfidensiallığın qorunması üzrə beynəlxalq standartları tətbiq etməyə davam edəcək.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr