AZ

Fransa polisi Yelisey sarayında axtarışlar apardı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Fransa polisi Parisdə prezident Emmanuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayında axtarışlar aparıb.

“Qafqazinfo” “Le Canard Enchaîné” nəşrinə istinadən xəbər verir ki, hadisə dövlət müqavilələrinin şübhəli şəkildə eyni şirkətə verilməsi ilə bağlı başlanmış genişmiqyaslı araşdırmanın bir hissəsidir.

Nəşr yazır ki, maliyyə antikorrupsiya briqadasının müstəntiqləri bu gün səhər saatlarında saraya daxil olublar. İstintaqın diqqət mərkəzində “Shotcut Events” adlı tədbir planlaşdırma şirkəti ilə imzalanmış müqavilələr dayanır. Məlumata görə, sözügedən şirkət 2002-2024-cü illər ərzində Panteonda keçirilən bütün rəsmi mərasimləri və görkəmli şəxsiyyətlərin xatirə tədbirlərini idarə edib. Müstəntiqlər bu qədər uzun müddət ərzində dövlət sifarişlərinin məhz bu şirkətə hansı şərtlərlə həvalə edildiyini və burada korrupsiya elementlərinin olub-olmadığını araşdırırlar.

Qeyd edək ki, son aylarda Fransada yüksəksəviyyəli dövlət qurumlarına və texnoloji nəhənglərə qarşı hüquqi təzyiqlər artıb. Fevral ayında Avropol və jandarma qüvvələri “X”in ofislərində də axtarışlar aparmışdı. Həmin iş çərçivəsində platformanın sahibi İlon Maskın da Paris prokurorluğu tərəfindən “pulsuz dinləməyə” dəvət edildiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
qafqazinfo.az

4Mənbələr