AZ

Azərbaycanın çoxşaxəli enerji diplomatiyası onun qlobal rolunu gücləndirir – ekspert

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycanın çoxşaxəli enerji diplomatiyası ölkəni qlobal enerji bazarında unikal iştirakçıya çevirir və onun strateji əhəmiyyətini artırır.

Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında qlobal enerji bazarı, geosiyasət, enerji riskləri və təhlükəsizlik üzrə ekspert Siril Viddershoven səsləndirib. Onun sözlərinə görə, Azərbaycan eyni zamanda, həm mühüm neft-qaz qovşağı, həm də enerji resurslarının tranziti üçün əsas platforma kimi çıxış edir.

Ekspert qeyd edib ki, ölkə boru kəməri infrastrukturundan fəal istifadə edir və qaz tədarükündə alternativ mənbə kimi mövqelərini tədricən gücləndirir. Belə strategiya Bakıya həm Qərb, həm də Şərq ölkələri ilə çevik tərəfdaşlıq münasibətlərini qurmağa imkan verir.

“Coğrafiya, infrastruktur və diplomatiyanın vəhdəti Azərbaycanın enerji modelini müasir şəraitdə xüsusilə dayanıqlı və tələbatlı edir”, – deyə C.Viddershoven vurğulayıb.

Müəllif - Tamilla Məmmədova

Seçilən
25
1
azertag.az

2Mənbələr