AZ

Bir qrup mediatorluğa namizədin yekun imtahanı keçirilib

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Mediatorların ilkin hazırlıq kursu"nu başa vuran 27 nəfər mediatorluğa namizədin yekun imtahanı keçirilib.Newscenter.az xəbər verir ki, imtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb. Qeyd edək ki, imtahanda Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Fərdin Xəlilov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının nümayəndəsi Kəramət Əliyev namizədlərin bilik və bacarıqlarını yoxlayıb.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
newscenter.az

5Mənbələr