Dietoloq Dimitri Semiryadov xəbərdarlıq edib ki, müalicə olunmamış karies həyati təhlükəli nəticələrə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə “Sağlamlıq böyüklər üçün” adlı "YouTube" kanalına müsahibəsində danışıb.
Həkim izah edib ki, ağız boşluğundakı bəzi bakteriyalar qan dövranına keçərək damar sisteminə yayılır və aterosklerotik lövhələrdə aşkar olunur. Bu isə ürək-damar xəstəlikləri riskini artıraraq ciddi fəsadlara yol aça bilər.
Aytəkin TOFİQQIZI