Fransanın daxili işlər naziri Loran Nünyes amerikalı reper Kanye Uestin iyunun 11-də Marseldə keçirilməli olan konsertinin qadağan edilməsinə nail olmaq niyyətindədir.
"Far.Az" xəbər verir ki, bu barədə AFP nazirə yaxın mənbələrə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Nünyes konserti ləğv etməyə "qətiyyətlə hazırdır" və bütün mümkün variantları nəzərdən keçirir.
Qeyd olunur ki, 48 yaşlı Uest antisemit bəyanatlarına və Adolf Hitlerə rəğbətini ifadə etdiyi çıxışlarına görə dəfələrlə tənqidə məruz qalıb.
Əvvəllər Böyük Britaniya reperin skandal açıqlamalarına görə ölkəyə girişini qadağan etmişdi, bundan sonra onun iyulda çıxış etməli olduğu festivalın təşkilatçıları tədbiri ləğv etmişdilər.