AZ

Sabah magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb

Sabah

Aprelin 15-i gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.Ulusum.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilib.Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Rayonlarda isə havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.Ulusum.az

Diqqət Çəkənlər

Təxirə salınmış həyat sindromu -TƏLƏ

İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul edib

Sabaha olan hava proqnozu

Seçilən
1
4
ulusum.az

10Mənbələr