Kolumbiya məşhur narkobaran Pablo Eskobara məxsus begemotların (su atı-red.) məhv edilməsi planına yaşıl işıq yandırıb.
Publika.az xəbər verir ki, bu barədə Kolumbiya ətraf mühit naziri İrene Velez açıqlama yayıb.
Onun sözlərinə görə, begemotları nəzarətdə saxlamaq üçün sterilizasiya və zooparklara yerləşdirmə kimi tədbirlər təsirli olmayıb və onların məhv edilməsi planı təsdiqlənib.
"Bu qərar təxminən 80 begemota tətbiq olunacaq. Bunu etməsək, begemot populyasiyasını nəzarətdə saxlaya bilmərik. Ekosistemimizi qorumaq üçün bunu etməliyik”, - deyə o bildirib.