AZ

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına bir qrup minaaxtaran gəmiGÖNDƏRİR

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına minaaxtaran gəmilər göndərir.

Redaktor.az xəbər verir ki, bu barədə "The War Zone" məlumat YAYIB.

Yaponiyadakı Sasebo Hərbi Dəniz Bazasında yerləşən “Chief” və “Pioneer” adlı minaaxtaran gəmilər artıq Hind okeanına daxil olaraq ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq əməliyyat zonasına doğru irəliləyir.

Məlumata görə, “Tulsa” adlı digər minaaxtaran gəmi Malakka boğazından keçərək bölgəyə istiqamət alıb.

Bundan əlavə, mina təmizləmə imkanlarına malik “Kanberra” sahil döyüş gəmisi Ərəbistan dənizinə çatıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, yaxın günlərdə sualtı dronlar da daxil olmaqla əlavə qüvvələrin mina təmizləmə əməliyyatlarına qoşulması planlaşdırılır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
11
redaktor.az

1Mənbələr