AZ

Hörmüz boğazı üzrə konfransda İrana qarşı yeni sanksiyalar müzakirə olunacaq

Hörmüz

Aprelin 17-də Fransa və Böyük Britaniyanın həmsədrliyi ilə keçiriləcək Hörmüz boğazı üzrə beynəlxalq konfransın iştirakçıları su yolunun blokadaya alınması səbəbindən İrana qarşı "iqtisadi tədbirlərin" tətbiqini müzakirə edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Reuters agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, görüş iştirakçıları dörd işçi qrupu yaradacaqlar. Bu qruplar çərçivəsində sanksiyalar məsələsi, Fars körfəzində blokadada qalan dənizçilərin vəziyyəti, müxtəlif sahə ekspertlərinin cəlb edilməsi ilə Hörmüz boğazında gəmiçiliyin bərpası, habelə naviqasiya azadlığının və dəniz təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunacaq.

Məryəm Quliyeva

Seçilən
19
xalqcebhesi.az

1Mənbələr