AZ

Futbolçu silahlı hücumda öldürüldü

Qana futbolunda faciəvi hadisə baş verib. “Berekum Çelsi”nin oyunçusu Dominik Frimponq silahlı hücum nəticəsində ölüb.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı Qana Futbol Assosiasiyası yayıb. Hadisə komandanın ölkə çempionatında “Samarteks” ilə səfər oyunundan (0:1) sonra geri qayıdarkən baş verib. Klub avtobusu Bibiani-Qoaso yolunda silahlı şəxslər tərəfindən saxlanılıb. Maskalı quldurlar sürücü geri manevr etməyə çalışarkən avtobusa atəş açıblar. Futbolçular və klubun əməkdaşları canlarını qurtarmaq üçün yaxınlıqdakı kolluğa qaçıblar. Nəticədə 20 yaşlı futbolçu baş nahiyəsindən güllə yarası alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bəxtsiz Dominik hadisənin yeganə qurbanı olub. Gənc futbolçu cari mövsümdə 13 oyuna 2 qol vurmuşdu…

Seçilən
12
1
football-plus.az

10Mənbələr