AZ

Simonyan: “Ermənistan Rusiya ilə müharibə aparmaq istəmir”

ain.az, Bizim media saytına istinadən bildirir.

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkəsi Rusiyaya heç bir təhlükə yaratmaq niyyətində deyil.Bizim.Media xəbər verir ki, Simonyan bu barədə brifinqdə danışıb.Onun sözlərinə görə, mövcud problemlərin hamısı müzakirə olunacaq, aradan qaldırılacaq və həll ediləcək.

 

“Heç kim heç kimlə müharibə etməyəcək. Biz Rusiyaya heç bir təhlükə yaratmırıq və yaratmaq fikrində də deyilik. Belə niyyət yoxdur”, - deyə o, əlavə edib.

Spiker qeyd edib ki, bu cür məsələlər müxtəlif ölkələr arasında yaranır və dövlət xadimlərinin vəzifəsi onları nizamlamaqdır.Qeyd edək ki, bu açıqlama Rusiyada Proşyan konyak zavodunun lisenziyasının mümkün ləğvi və “Cermuk” mineral suyunun tədarükü ilə bağlı yaranan problemlər fonunda səsləndirilib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr