Azərbaycan 2-ci liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan" futbol klubunun üzvü Emil Quluzadə mükafatlandırılıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifi 22-ci turun "Qaradağ Lökbatan" - "Quba" qarşılaşmasından əvvəl təltif olunub.
Ona mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.