Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “GeoLab – Yer Elmlərinin İnteraktiv Öyrənilməsi” qrant layihəsi yekunlaşıb.
Layihə çərçivəsində VIII sinifdə təhsil alan 25 şagird üçün PhET platforması üzərindən ümumilikdə 24 təlim təşkil olunub. Təlim proqramı şagirdlərin ilkin test imtahanındakı nəticələrinə uyğun şəkildə formalaşdırılıb.
Təlimlər bitdikdən sonra isə yekun test imtahanının keçirilib. Bunun nəticəsində şagirdlərin təlim müddətində əldə etdikləri bilik və bacarıqların ölçülə bilənliyini təmin edilib.
Layihənin əsas məqsədi VIII sinif şagirdlərinin yer elmləri fənni üzrə konseptual biliklərini və tətbiqi bacarıqlarını inkişaf etdirmək, onları interaktiv rəqəmsal simulyasiyalar vasitəsilə öyrənmə prosesinə fəal şəkildə cəlb etmək olub.
Qeyd edək ki, layihə Kəlbəcər rayonu 115 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Nigar Seyidova tərəfindən icra olunub.










