AZ

Çempionlar Liqası oyunu öncəsi Barselona nın şikayəti qəbul edilmədi

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

UEFA “Barselona” klubunun “Atletiko Madrid”in stadionu “Metropolitano” barədə şikayətini təmin etməyib.

“Marca” xəbər verir ki, qurum Katoloniya klubunun ot örtüyünün hündürlüyü ilə bağlı narazılığını nəzərə almayaraq, ev sahiblərinin haqlı olduğunu təsdiqləyib.

Matç günü səhər saatlarında hər iki klubun əməkdaşları və UEFA nümayəndələri stadionda ölçmə aparıblar. Yoxlama nəticəsində ot örtüyünün hündürlüyünün 26 millimetr olduğu müəyyənləşib.

Bu göstərici UEFA-nın tələblərinə tam uyğun sayılıb və meydanın oyun üçün ideal vəziyyətdə olduğu bildirilib.

Qeyd edək ki, “Barselona” tərəfi əvvəllər də “Metropolitano”nun ot örtüyü ilə bağlı narazılıq ifadə etmişdi.

“Atletiko” düşərgəsi isə bu iddiaları rəqibin psixoloji təzyiq cəhdi kimi qiymətləndirir. Xatırladaq ki, tərəflər arasında keçirilən ilk oyunda Madrid təmsilçisi səfərdə 2:0 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
icma.az

3Mənbələr