AZ

Mərkəzi Bank kirayə haqqları ilə bağlı açıqlanan rəqəmlərə aydınlıq gətirdi

Mərkəzi

Mərkəzi Bank rəhbərliyi illik "Maliyyə Sabitliyi hesabatı"nda median aylıq kirayə haqqı 1 000 manatı ötməsi ilə bağlı açıqlanan rəqəmə aydınlıq gətirib.

Bu barədə jurnalistlərin suallarını cavablandıran Mərkəzi Bankın direktoru Vüsal Qurbanov bildirib ki, onlayn platformalarda təklif edilən qiymətlərə əsaslanılır:

"Bankın açıqladığı median kirayə haqqı aktiv deyil, təklif qiymətinə əsaslanır.

Qeyd edək ki, "Maliyyə Sabitliyi hesabatı"nda dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqının 1 002 manat təşkil etdiyi qeyd edilir. Bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20,9 il olmasını şərtləndirir.

2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1,4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.

Seçilən
12
2
xalqcebhesi.az

3Mənbələr