AZ

İranla bağlı atəşkəsə Livan da daxil edilməlidir - Makron

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran prezidentləri ilədanışıqlar aparıb və bu görüşlər zamanı Hörmüz boğazından gəmilərinhərəkətinə maneələrin aradan qaldırılmasına çağırıb.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

“Hörmüz boğazının ən qısa müddətdə, heç bir ilkin şərt olmadan,hər hansı nəzarət və rüsumlar tətbiq edilmədən yenidən açılmasıvacibdir”, – o, "X" platformasında yazıb.

Makron əlavə edib ki, aprelin 17-də Fransa və Böyük Britaniyadigər ölkələrin də iştirakı ilə Hörmüz boğazından keçən gəmilərinmüşayiəti üçün potensial “tamamilə müdafiə xarakterli missiya”nınmüzakirəsi məqsədilə videokonfrans keçirəcək.

Fransalı dövlət başçısı həmçinin, ABŞ Prezidenti Donald Tramp vəİran Prezidenti Məsud Pezeşkianı İslamabadda dayandırılmışdanışıqları bərpa etməyə, anlaşılmazlıqları aradan qaldırmağa vəyeni eskalasiya mərhələlərinin qarşısını almağa” səsləyib. O, eynizamanda iki ölkə arasında razılaşdırılmış atəşkəs rejiminə ciddiriayət olunmasına və bu atəşkəsin İsrailin “Hizbullah” hərəkatınaqarşı hərbi əməliyyat apardığı Livana da şamil edilməsinə çağırışedib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr